İki dəfə “Qızıl top” sahibi olan futbolçu VƏFAT ETDİ

 20:38 08.01.2024     284

Almaniyalı futbolçu və məşqçi Frans Bekkenbauer 78 yaşında vəfat edib. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə "DPA" agentliyi məlumat yayıb.

Almaniya millisinin tərkibində Bekkenbauer 1974-cü ildə dünya çempionu olub. Klub səviyyəsində müdafiəçi “Bavariya” ilə üç dəfə avrokubok və Kuboklar Kubokunu qazanıb. O, iki dəfə “Qızıl top”un qalibidir.

Yusif EYVAZLI