"Beşiktaş" onu icarəyə göndərdiyini təsdiqlədi
"Beşiktaş" futbolçusu Jan Onananı icərəyə göndərdiyini təsdiqləyib.
Redaktor.az klubun saytına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi bu mövsümün sonuna kimi "Marsel"ə icarəyə göndərilib. Fransa klubu yayda təzminat ödəyərək onu almaq hüququna malikdir.
Qeyd edək ki, bu mövsümün əvvəlində "Beşiktaş"a transfer olunan Jan Onana İstanbul təmsilçisində 10 matçda meydana çıxıb.