Benzema bu səbəbə görə Səudiyyə klubundan ayrılmaq İSTƏYİR

 20:14 09.01.2024     309

Fransanın "Əl-İttihad" klubunun hücumçusu Kərim Benzema Səudiyyə Ərəbistanından ayrılmağı düşünür.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Benzema meydandakı problemlər, matçlarda az iştirak, eləcə də isti və rütubətli hava səbəbindən klubdan getmək istəyib. "Əl-Əhli"nin hücumçusu Roberto Firmino və "Əl-İttifaqa"nın yarımmüdafiəçisi Jordan Henderson da eyni çətinliklərlə üzləşib.

Benzema 2023-cü ilin iyununda "Əl-İttihad"a keçib. 36 yaşlı futbolçunun müqaviləsi 2026-cı ilə qədərdir.

Yusif EYVAZLI