4 güləşçimiz Xorvatiyada bürünc medal uğrunda yarışacaq

 22:01 10.01.2024     245

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turnirinə start verilib.

Azərbaycan Güləş Federasiyasından Redaktor.az-a verilən məlumata görə, yarışın ilk günündə Azərbaycanın 7 sərbəst güləşçisi xalça üzərinə çıxıb.

İslam Bazarqanov (57 kiloqram) ilk mərhələdə çinli Veiyu Liyə (6:1) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Roberti Dinqaşviliyə minimal fərqlə məğlub olub - 4:5

61 kiloqram çəki dərəcəsində Əliabbas Rzazadə 1/4 finalda Maykl Makqiyə (5:4), Nürəddin Novruzov isə gürcüstanlı Giorgi Qoniaşviliyə (10:6) qalib gəlib. Yarımfinalda Rzazadə monqolustanlı Bexbayar Erdenebata (0:5), Novruzov isə ukraynalı Andrey Celepə (8:10) məğlub olub. Hər iki Azərbaycan güləşçisi bürünc medal uğrunda güləşəcək.