"Barselona" rəqiblərinə hədiyyə verməyi dayandırmalıdır"
"Barselona"nın baş məşqçisi Xavi "Osasuna" ilə İspaniya Superkubokunun yarımfinal matçı öncəsi komandasının çıxışından danışıb.
Redaktor.az "Football Espana"ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin çoxlu səhvə yol verdiyini deyib:
“Rəqiblərimizə hədiyyə verməyi dayandırmalıyıq. Bəli, evdə matçları çətinləşdirən müəyyən səhvlərimiz oldu, amma düşünürəm ki, biz onları tədricən aradan qaldırırıq. Son oyunlarda yaxşılaşa bildik. Pley-offda belə səhvləri təkrarlaya bilmərik. Çünki rəqib dərhal bizi cəzalandıracaq”.
Xatırladaq ki, “Barselona” və “Osasuna” arasında İspaniya Superkubokunun yarımfinal oyunu yanvarın 11-i keçiriləcək.