Şahruddinin komandası autsayderlə oyunda xal itirdi
Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" bu gün Türkiyə Superliqasında 16-cı turun təxirə salınmış oyununa çıxıb.
Redaktor.az xəbər verir ki, komanda evdə autsayder "İstanbulspor"la qarşılaşıb. Matçda meydan sahibləri 2:0 hesabda öndə olsa da, yekunda qələbəni əldən verib. Görüş 2:2 hesabı ilə başa çatıb. Şahruddin Məhəmmədəliyev meydana start heyətdə çıxıb və sonadək oynayıb.
"Adana Demirspor" - "İstanbulspor" - 2:2
Qollar: Barasi, 29 (1:0), Qravillon, 78 (2:0), Vorobyovas, 80 (2:1), Duhaney, 85 (2:2)
Qeyd edək ki, "Adana Demirspor" hazırda Superliqanın turnir cədvəlində 29 xalla (19 oyun) 5-ci, "İstanbulspor" isə 6 xalla (19 oyun) sonuncu-20-cidir.