“Fənərbaxça” “Neftçi”nin sabiq hücumçusuna təklif göndərdi

 20:45 12.01.2024     216

"Partizan"ın direktoru Miloş Vazura futbolçusu Mateus Saldanyaya "Fənərbaxça"dan təklif gəlməsi barədə danışıb.

Redaktor.az telegraf.rs-ə istinadən xəbər verir ki, o, İstanbul təmsilçisinin 24 yaşlı hücumçuya görə rəsmi təklif ünvanladığını təsdiqləyib, lakin forvardın komandadan ayrılmayacağını dilə gətirib: 

"Mateus Saldanya da daxil olmaqla, "Partizan"dakı oyunçular satılmır. Türkiyə klubunun və digər klubların təklifləri ilə maraqlanmırıq. Biz mövsümün qalan hissəsi üçün işləri davam etdiririk".

Qeyd edək ki, Saldanya 2023-cü ilin yanvar ayından iyul ayınadək "Neftçi"də oynayıb. Daha sonra Bakı klubu intizamsız davranışlarına görə futbolçu ilə vidalaşıb. Mateus isə karyerasına Serbiya "Partizan"ında davam edib.