Millimiz ikinci oyunda da məğlub oldu

 21:52 12.01.2024     215

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti matçına çıxıb.

Redaktor.az-ın məlumatına görə, Səbuhi Əliyevin baş məşqçisi olduğu yığma Ukrayna ilə üz-üzə gəlib.

Görüş millimizin məğlubiyyəti ilə bitib - 0:3 (23:25, 9:25, 17:25).

Komandamız ötən gün Estoniyaya eyni hesabla uduzub.

U-20 turnirdə Latviya və Polşa kollektivləri ilə də qarşılaşacaq.

Qeyd edək ki, yanvarın 14-də başa çatacaq yarış AVRO-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.