Messinin komandasının oyununun biletləri 6 dəqiqəyə satıldı

 12:25 13.01.2024     240

Lionel Messinin çıxış etdiyi ABŞ-ın "İnter Mayami" klubunun səfərdə “Los-Anceles Qelaksi” ilə oyununa böyük maraq olub.

Redaktor.az AS nəşrinə istinadən xəbər verir ki, qarşılaşmanın biletləri 6 dəqiqəyə alınıb.

Satışlar yanvarın 11-də başlayıb və 360 saniyə davam edib. Yalnız ön cərgə üçün biletlər qalıb. Onların qiyməti isə 1500 ABŞ dollarıdır.

Qeyd edək ki, matç fevralın 6-da olacaq. Daha əvvəl "Sportinq Kanzas Siti" Messiyə görə "İnter Mayami"yə qarşı keçirəcəyi oyunun stadionunu dəyişib.