"Bayer" məğlubiyyətsizlik seriyasını 17 oyuna çatdırdı

 20:58 13.01.2024     257

"Bayer" Bundesliqada məğlubiyyətsizlik seriyasını 17 oyuna çatdırıb.

Redaktor.az xəbər verir ki, Leverkuzen təmsilçisi son olaraq bu gün 17-ci turda səfərdə "Auqsburq"a 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 90+4-cü dəqiqədə Ekzekyel Palasios vurub.

Bayer 2023/2024 mövsümündə Bundesliqa turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.Komanda 17 oyunda 45 xal toplayıb. "Auqsburq" 18 xalla 11-ci yerdədir.