“Sabah” bu gün ikinci yoxlama görüşünü keçirəcək

 09:35 14.01.2024     193

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünü keçirəcək.

Redaktor.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Ukraynanın “Vorskla” klubu ilə qarşılaşacaq.

Murad Musayevin rəhbərlik etdiyi komandanın görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” Antalyadakı ilk sınaq matçında “Rapid”ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.