"Atletiko"nun futbolçusunun evi qarət olundu

 12:11 14.01.2024     237

“Atletiko"nun hücumçusu Anxel Korrea ailəsi ilə birlikdə olduğu evində qarət edilib.

Redaktor.az COPE-yə istinadən xəbər verir ki, hadisə dünən baş verib.  Dörd kapüşonlu şəxs argentinalı futbolçunun evinə girərək onu silahla hədələyib. Oğurluq zamanı pul və qızıl-zinət əşyaları götürülüb.

Mülki Qvardiya bütün mümkün sübutları toplamaq və belə çətin zamanda futbolçuya və ailəsinə kömək etmək üçün hadisə yerinə gəlib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Bu mövsüm 28 yaşlı hücumçu bütün turnirlərdə 23 oyuna çıxıb, 5 qol vurub və 1 qolun ötürməsini verib.

Daha əvvəl Səudiyyə Ərəbistanı çempionatının adı açıqlanmayan klubunun "Atletiko Madrid"in 28 yaşlı hücumçusu Anxel Korreanı almaqda son dərəcə maraqlı olduğu bildirilirdi.