“Sabah” yoxlama görüşündə Ukrayna klubuna böyük hesabla məğlub oldu

 20:09 14.01.2024     241

Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün ikinci yoxlama görüşünü keçirib.

Redaktor.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Ukraynanın “Vorskla” klubu ilə qarşılaşıb.

Murad Musayevin rəhbərlik etdiyi komanda meydançanı böyükhesablı məğlubiyyətlə tərk edib. Ukraynalılar 3 cavabsız qol sayəsində 3:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, “Sabah” Antalyadakı ilk sınaq matçında “Rapid”ə (Rumıniya) 2:1 hesabı ilə qalib gəlib.