"Fənərbaxça" Çağlar Söyüncü üçün danışıqlara başladı
"Fənərbaxça" "Atletiko"nun futbolçusu Çağlar Söyüncünü heyətinə cəlb etməyə çalışır.
Redaktor.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Klublar arasında danışıqlar başladığı qeyd olunub.
İstanbul klubunun nümayəndələrinin türkiyəli futbolçu üçün artıq Madridə yollandığı bildirilib. İspaniya klubunda meydana az çıxan futbolçunun özünün də komandasını dəyişmək istədiyi vurğulanıb.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan 27 yaşlı futbolçu ötən ilin yayında "Lester"dən ayrılıb və azad agent kimi "Atletiko"ya keçib. O, bu mövsüm La Liqada cəmi 6 oyuna çıxıb.