Daha bir futbolçu Türkiyədə İsrailə dəstək verdiyi üçün cəzalandırılacaq
Türkiyənin "İstanbul Başakşehir" futbol klubu israilli yarımmüdafiəçi Eden Kartsevə qarşı intizam istintaqına başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə komandanın X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
“Kartsev şəxsi sosial şəbəkə hesabında ölkəmizin hisslərinə zidd olan yazı yerləşdirməklə klubun intizam göstərişlərini pozub”, - deyə məlumatda bildirilir.
İsrailə dəstək olaraq paylaşım edən futbolçudan yazılı izahat tələb olunub.
Xatırladaq ki, bundan əvvəl daha bir israilli futbolçunun Türkiyədə cəzalandırıldığı məlum olub. “Trabzonspor”la matçda qol vurduqdan sonra futbolçu “100 gün" sarğısını nümayiş etdirib. Buna görə “Antalyaspor” Saqiv Yehezkellə müqaviləni ləğv edib.
NƏRGİZ