Messi ötən ilin ən yaxşı futbolçusu seçildi

 01:10 16.01.2024     219

FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibləri müəyyənləşib.

Redaktor.az xəbər verir ki, 2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırıldığı mərasim İngiltərənin paytaxtı Londonda keçirilib.

Ötən ilin ən yaxşı futbolçusu ABŞ-ın “İnter Mayami” komandasının argentinalı ulduzu Lionel Messi seçilib. Lakin futbolçu tədbirdə iştirak etmədiyi üçün mükafat ona təqdim edilməyib.

Nominasiyalar üzrə namizədlər aşağıdakılardır:

Ən yaxşı kişi futbolçu

Lionel Messi (“İnter Mayami” / Argentina)

Ən yaxşı qadın futbolçu

Aytana Bonmati (“Barselona”, İspaniya)

Ən yaxşı kişi baş məşqçi

Xosep Qvardiola (“Mançester Siti” / İspaniya)

Ən yaxşı qadın baş məşqçi

Sarina Viqman (İngiltərə millisi / İngiltərə)

Ən yaxşı kişi qapıçı

Ederson (“Mançester Siti” / Braziliya)

Ən yaxşı qadın qapıçı

Meri Erps (“Mançester Yunayted” / İngiltərə)

Fair Play mükafatı

Braziliya milli komandası

“Puşkaş mükafatı”

Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol

“Ən yaxşı azarkeş” mükafatı

Huqo Daniel

“İlin simvolik komandası”

Qapıçı: Tibo Kurtua

Müdafiəçilər: Kayl Uoker, Con Stounz, Ruben Diaş

Yarımmüdafiəçilər: Bernardo Silva, Kevin De Bruyne, Jud Bellinqem

Hücumçular: Lionel Messi, Erlinq Haaland, Kilian Mbappe, Vinisius.