Kasilyas Messi ilə bağlı seçimə etiraz etdi

 21:48 16.01.2024     176

İspaniya millisinin sabiq üzvü İker Kasilyas Lionel Messinin FİFA tərəfindən təqdim edilən "The Best" mükafatına layiq görülməsinin doğru seçim olmadığını düşünür.

Redaktor.az xəbər verir ki, veteran qapıçı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək FİFA-nı tənqid edib.

"Yaxşı mükafatlar yaradırsınız, amma ədalətli olmamaqla onu əlimizdən alırsınız. Bu daha çox zarafat kimi görünür. Gecəniz xeyrə qalsın” - deyə o bildirib.

Xatırladaq ki, "The Best" mükfatına Messidən başqa, Erlinq Haaland və Kilian Mbappe də namizəd idi.