Ançelottinin oğlu baş məşqçi kimi işləyə bilər

 22:02 17.01.2024     229

Karlo Ançelottinin oğlu Davide Ançelotti baş məşqçi kimi işləmək imkanı əldə edib.

Redaktor.az jurnalist Mario Korteqananın sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanından təklif alıb. Klubun adı açıqlanmır.

Davideyə təklif olunan müqavilənin maliyyə baxımından çox cəlbedici olduğu, lakin italiyalının bundan imtina edəcəyi qeyd edilir. O, hələlik yekun qərarını verməyib.

Qeyd edək ki, 34 yaşlı mütəxəssis atasının məşqçilər heyətində köməkçi kimi çalışır.