Neymara görə Nazirlikdə axtarış aparıldı
Braziliyalı hücumçu Neymarın “Barselona”dan PSJ-yə transferi ilə bağlı aparılan araşdırmalar çərçivəsində Fransa Maliyyə Nazirliyində axtarış aparılıb.
Redaktor.az "L'Équipe"yə istinadən xəbər verir ki, Maliyyə Nazirliyində aparılan axtarışı korrupsiya və vergi fırıldaqlarına qarşı mübarizə üzrə mərkəzi idarənin polis əməkdaşları həyata keçiriblər.
Hüquq-mühafizə orqanlarının Neymarın 2017-ci ildə “Barselona”dan PSJ-yə transferini araşdırır. Köçürmənin vergi qanunlarından yayınmaqla həyata keçirilməsi şübhəsi var.
Qeyd edək ki, Neymar altı ilini PSJ-də keçirib, keçən yay Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib. Braziliyalı parislilərlə birlikdə beş dəfə Fransa çempionu, üç dəfə ölkə kubokunun, bir dəfə isə superkubokun qalibi olub.