"Bayer"in futbolçusu Bundesliqada ayın ən yaxşısı seçildi

 23:00 18.01.2024     256

"Bayer"in yarımmüdafiəçisi Florian Virtz Bundesliqada dekabrın ən yaxşı oyunçusu seçilib.

Redaktor.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Virtz ötən ay komandasıyla 4 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

Futbolçu səsvermədə komanda yodaşları Aleks Qrimaldo, Ceremi Frimponqu və "Bavariya"nın üzvü Harri Keyni qabaqlayıb.