"Borussiya" ukraynalı futbolçu ilə müqaviləni uzatdı

 20:18 19.01.2024     299

Dortmund "Borussiya"sı futbolçusu Danilo Krevsunla yeni müqavilə imzalayıb.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, ukraynalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin yayına kimi uzadılıb.

Hazırda "Borussiya Dortmund U-19"da çıxış edən Krevsunun növbəti mövsümdən üçüncü dərəcəli Bundesliqa komandasında oynamağa başlayacağı da vurğulanır.

Danilo bu mövsüm bütün yarışlarda 18 oyuna çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini verib.