“Səbail”in futbolçusu zədəsini sağaldıb

 17:17 20.01.2024     277

“Səbail”in futbolçusu Cabir Əmirli zədəsini sağaldıb.

Redaktor.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi artıq kollektivə qoşulub.

2023-cü ilin oktyabrında məşq zamanı dizindən zədə alan və Türkiyədə əməliyyat olunan cinah oyunçusunun fevralın ortalarında məşqçilər korpusunun sərəncamında olması gözlənilir.

Ötən ay əməliyyat olunan yarımmüdafiəçi Süleyman Əhmədov hələ də məşqlərə başlamayıb.

Hücumçular Ağabala Ramazanov və David Qomis isə zədə səbəbindən mövsümün ikinci yarısında da komandaya kömək edə bilməyəcəklər. Yerli forvard Premyer Liqanın XII turunda “Turan Tovuz”la, fransalı ön xətt oyunçusu isə XVI turda “Sabah”la qarşılaşmada sıradan çıxıb.

Qeyd edək ki, Premyer Liqada ilk yarıdan sonra “Səbail” 26 xalla beşinci pillədə qərarlaşıb. Şahin Diniyevin komandası XIX tur çərçivəsində yanvarın 22-də “Zirə” ilə qarşılaşacaq.