La Liqa klubu baş məşqçisini istefaya göndərdi

 20:03 20.01.2024     283

İspaniyanın “Kadis” klubu baş məşqçisi Serxio Qonzalesi istefaya göndərib.

Redaktor.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komandanın uğursuz çıxışlarına görə belə qərar verilib.

“Kadis” 21 turdan sonra 15 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Serxio Qonzales 2022-ci ilin yanvarından "Kadis"i çalışdırırdı.