Duqlas Kosta Türkiyə klubunda
"Bavariya" və "Yuventus"un sabiq futbolçusu Duqlas Kosta karyerasını Türkiyədə davam etdirəcək.
Redaktor.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
O, braziliyalı yarımmüdafiəçinin "Samsunspor"a keçəcəyini bildirib. 33 yaşlı futbolçu Superliqa təmsilçisi ilə 2026-cı ilin yayına qədər müqavilə bağlayacaq.
Qeyd edək ki, Braziliya millisinin sabiq üzvü son olaraq "Los-Anceles Qalaksi"də çıxış edib.