Şahruddin oynadı, komandası heç-heçə etdi
Türkiyə Superliqasında 21-ci turun oyunları keçirilir.
Redaktor.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" öz meydanında "Ankaragücü"nü qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Şahruddin də bu görüşün iştirakçısı olub. O, matça start heyətdə başlayıb və sona qədər meydanda olub.
21 turdan sonra 30 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.