"Neftçi" "Sabah"la oyundan əvvəl daha iki itki ilə üzləşdi

 15:26 21.01.2024     257

"Neftçi"nin daha iki futbolçusu bu gün "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIX tur oyununu buraxacaq.

"Ağ-qaralar"ın mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, qarşılaşmadan əvvəl məşq prosesində Azər Əliyevlə Kilan Lebon əzələsini dartıblar.

Paytaxt təmsilçisi daha əvvəl qapıçı Emil Balayev, yarımmüdafiəçilər Qara Qarayev və Reziuan Mirzovun görüşdən əvvəl məşqə qatılmadığını açıqlayıb.

Qeyd edək ki, "Sabah" - "Neftçi" matçı saat 16:00-da başlanacaq.