Messi baş məşqçi ilə münaqişə yaşayıb?
Argentina milli komandasının kapitanı Lionel Messi ilə baş məşqçi Lionel Skaloni arasında DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrda Uruqvaya məğlubiyyətdən (0:2) sonra münaqişə yaşanıb.
Redaktor.az xəbər verir ki, bu barədə jurnalisti Şerkis Bialo məlumat yayıb.
Tərəflər arasında qarşıdurma matçdan əvvəl başlayıb. Lakin məğlubiyyətdən sonra millinin futbolçularının özəl məclisdə olması haqda şayiələr yayıldıqdan sonra daha da şiddətlənib. Bundan qəzəblənən Skaloni komandanın bir neçə gündən sonra bölgənin hazır komandası ilə (red - Braziliyanı nəzərdə tutub) oyun keçirməli olduqlarını deyib.
Braziliya ilə oyundan (1:0) sonra Skaloni 2024-cü ilin yayında Amerika Kubokundan sonra Argentina millisindən ayrılmağı planlaşdırdığını ictimaiyyətə açıqlayıb. Bununla belə, mənbə onu da qeyd edir ki, münaqişə Messinin Skaloni ilə futbol münasibətlərinə təsir etməyib.