Azərbaycan millisinin üzvü Polşa klubunda debüt etdi
Azərbaycan millisinin üzvü Rahil Məmmədov yeni transfer olunduğu LSK (Polşa) klubunda debüt edib.
Redaktor.az xəbər verir ki, o, Türkiyə toplanışı çərçivəsində "Atırau" (Qazaxıstan) ilə keçirilən yoxlama matçından meydana çıxıb.
Start heyətdə yer alan Məmmədov ilk hissədə oynayıb. İkinsi hissədə isə LSK fərqli heyətlə mübarizə aparıb. Oyun LSK-nın qələbəsi ilə başa çatıb - 1:0.
Qeyd edək ki, bir neçə gün əvvəl "Qarabağ"dan Polşa klubuna keçən Rahil Məmmədovla 1.5 illik müqavilə imzalanıb.