Şahruddin "Beşiktaş"a qarşı oynadı, qol buraxmadı
Türkiyə Superliqasında 22-ci turun oyunları davam edir.
Redaktor.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" səfərdə "Beşiktaş"la qarşılaşıb. Oyun 0:0 hesabı ilə başa çatıb.
Start heyətdə meydana çıxan Şahruddin sona qədər oynayıb.
Bu nəticədən sonra "Adana Demirspor" 31 xalla 6-cı, "Beşiktaş" 36 xalla 4-cü pillədə qərarlaşıb.