Özünü Pelenin qızı adlandıran qadın onun meyitinin eksqumasiyasını tələb edir

 12:04 24.01.2024     213

Özünü üçqat dünya çempionu Pelenin qızı adlandıran Maria do Socorro Azevedo DNT testinin mənfi nəticəsindən sonra keçmiş futbolçunun cəsədinin eksqumasiyasını tələb edərək məhkəməyə müraciət edib.

Redaktor.az bu barədə O Globo-ya istinadən xəbər verir.

Daha əvvəl Pelenin vəsiyyətindən sonra özünü qızı elan edən Maria do Socorro Azevedo adlı qadın haqqında məlum olub. Pele hələ sağ ikən atalığın tanınması ilə bağlı iddiasına cavab verib və DNT testindən keçməyə razılaşıb, lakin test aparılmadan ölüb.

Pelenin uşaqları qadının üçqat dünya çempionunun qızı olub-olmadığını müəyyən etmək üçün testlər keçirməyə razılaşıblar. Nəticə mənfi olub. Pelenin vəsiyyətnaməsində övladlarına qalan aktivlərinin 70%-nin payına sahib olacaq başqa bir qızının olması ehtimalı göstərilirdi. Pelenin dul arvadının vəkili Marcia Aoki eksqumasiyanı “əsassız” və “ehtimal olmayan” tədbir adlandırır.

Pele uzun sürən xəstəlikdən sonra 2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edib. O, futbolçu kimi üç dəfə dünya çempionu olan yeganə futbolçu olub (1958, 1962, 1970). Pele peşəkar karyerasında ən çox qolun müəllifi kimi Ginnesin Rekordlar Kitabına daxil edilib - bəzi mənbələrə görə, braziliyalı 1281 qol vurub.

NƏRGİZ