31 yaşında karyerasını başa vurdu
Almaniya millisinin və Dortmund "Borussiya"sının sabiq futbolçusu Erik Durm karyerasını başa vurub.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 31 yaşlı oyunçu özü məlumat verib. O, zədələr və səhhətindəki problemlər səbəbindən bu addımı atdığını bildirib.
Qeyd edək ki, Erik 2022-ci ildən bu günə kimi karyerasında son klubu olan “Kayzerslautern”də çıxış edib. O, həmçinin Almaniya millisinin heyətində 7 oyun keçirib. Erik 2012-2018-ci illərdə "Borussiya"da oynayıb.