"Roma"nın Lukaku qərarı

 23:33 24.01.2024     297

"Roma"da bir illik icarə əsasında çıxış edən Romelu Lukaku İtaliya klubunda qala bilər. 

Redaktor.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

“Roma” rəhbərliyi belçikalı forvardın oyunundan razıdır və onu komandada saxlamaq istəyir. Bildirilib ki, "Roma" üçün təzminat qiymətini ödəmək çətin olacaq. Çünki Lukakunun müqavilə ilə məxsus olduğu "Çelsi" oyunçuya görə 43 milyon avro istəyir. "Roma" yalnız Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə bu məbləği ödəyə biləcək.

Bu mövsüm Lukaku "Roma"nın heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 15 qol vurub və 2 qolun ötürməsini verib.