"Braqa"nın aparıcı üzvü "Qarabağ"a qarşı oynamayacaq

 23:32 25.01.2024     220

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” ciddi itki ilə üzləşib.

Redaktor.az Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı futbolçusu Bruma dizindən zədə alıb. Onun yanvarın 29-da əməliyyat olunacağı və 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Bu isə o deməkdir ki, portuqaliyalı yarımmüdafiəçi "Qarabağ"la oyunları buraxacaq.

Qeyd edək ki, "Qarabağ"ın "Braqa" ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.