Zidan millidə işləmək təklifini müsbət cavablandırmadı

 21:39 26.01.2024     261

Zinəddin Zidan Əlcəzair Futbol Federasiyasının (FAF) ölkənin millisini çalışdırmaq təklifini rədd edib. 

Redaktor.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb. Bildirilib ki, fransalı mütəxəssis qurumun ona göstərdiyi maraqdan məmnun olsa da, sonda təklifdən imtina etmək qərarına gəlib.

Xatırladaq ki,  yanvarın 24-də Əlcəzair Futbol Federasiyasının prezidenti Valid Sadi komandanın Afrika Millətlər Kubokunda uğursuz çıxışına görə baş məşqçi Camel Belmadinin vəzifəsindən azad edildiyini açıqlamışdı.  Əlcəzair Anqola, Burkina Faso və Mavritaniyanın yer aldığı D qrupunda sonuncu yeri tutub.