Şahruddin və Renatın komandaları üz-üzə gəldi
Türkiyə Superliqasının 23-cü turunda Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirsor" yığmanın digər üzvü Renat Dadaşovun çıxış etdiyi "Hatayspor"u qəbul edib.
Redaktor.az xəbər verir ki, matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 44-cü dəqiqədə Nani avtoqola imza atıb.
Ş.Məhəmmədəliyev 90 dəqiqə oynayıb. R.Dadaşov isə start heyətdə meydana çıxsa da, 68-ci dəqiqədə əvəzlənib. Hücumçu 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, "Adana Demirspor" 31 xalla 7-ci, "Hatayspor" 25 xalla 14-cüdür.