“Fənərbağça” liderliyini qorudu

 23:05 28.01.2024     256

Türkiyə Super Liqasının XXIII turunda lider “Fənərbağça” doğma meydanda “Ankaragücü”nü qonaq edib.

Redaktor.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

Oyunda hesabı qonaqlar açıblar. 13-cü dəqiqədə T.Cigerci penalti zərbəsindən fərqlənib.

20 və 32-ci dəqiqələrdə C.Ünderin qolları “Fənər”ə qələbə qazandırıb.

60 xala sahib “Fənərbağça” liderliyini qoruyub. 28 xalı olan “Ankaragücü” isə 12-ci pillədə qərarlaşıb.