Duqlas Kostanın yeni klubu bilindi

 23:58 28.01.2024     244

Braziliya milli komandasının sabiq üzvü Duqlas Kostanın yeni klubu məlum olub.

Redaktor.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

O, "Fluminense"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kosta Türkiyənin "Samsunspor" klubu ilə də danışıq aparırdı. Ancaq son anda tərəflər arasında razılıq əldə olunmayıb.

Qeyd edək ki, son olaraq "Los-Anceles Qalaksi"də çıxış edən Duqlas Kosta "Şaxtyor", "Bavariya" və "Yuventus"da da oynayıb.