Artetadan "Barselona" xəbərlərinə münasibət

 21:39 29.01.2024     249

"Arsenal"ın baş məşqçisi Mikel Arteta bu mövsümün sonunda "Barselona"ya keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Redaktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bu iddiaları təkzib edib: "Bu xəbərlərin hamısı yalandır. Yayılan şayiələrə görə təəssüflənirəm. Hazırda "Arsenal"a köklənmişəm. Burada görəcəyimiz çox iş var".

Qeyd edək ki, Kataloniya təmsilçisinin hazırkı baş məşqçisi Xavi bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən