Van Deyk "Liverpul"dan ayrılacaq?

 22:46 29.01.2024     179

"Liverpul"un müdafiəçisi Vircil van Deyk Mersisayd klubundakı gələcəyindən danışıb.

Redaktor.az xəbər verir ki, o, "The Athletic"ə açıqlamasında deyib:  “Bilmirəm. Müqaviləmin bitməsinə 18 ay qalıb. Klubun çox işi var. Məşqçini, eləcə də bütün gedən işçiləri dəyişdirmək lazım gələcək. Çox şey dəyişəcək. İşin hansı istiqamətdə gedəcəyi mənə maraqlıdır. "Liverpul"un hansı dəyişiklikləri edəcəyini bildikdən sonra nə olacağını görəcəyik. İndi heç nə deyə bilmərəm".

Yanvarın 26-da "Liverpul"un baş məşqçisi Yurgen Klopp bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb .

Van Deyk 2018-ci ilin yanvarından Mersisayd təsmilçisində üçün oynayır. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. 32 yaşlı futbolçu bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə 24 oyuna çıxıb, 2 qol vurub və 2 qolun ötürməsini verib.