"Qalatasaray"dan ayrılıb "Roma"ya keçdi
"Roma" müdafiə xəttini gücləndirib.
Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Leyptsiq"dən Anxelinyonu icarəyə götürüb.
İspaniyalı futbolçu "Roma"da mövsümün sonuna qədər oynayacaq. Müqavilədə satınalma şərti də var. İtaliya klubu mövsümün sonunda 5 milyon avro ödəyərək futbolçunun transfer hüququnu ala bilər.
Qeyd edək ki, Anxelinyo mövsümün ilk yarısını icarə əsasında "Qalatasaray"da keçirib. O, İstanbul klubunda 19 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.