Messinin "Barselona" ilə imzaladığı ilk müqaviləsi hərracda SATILACAQ
Argentinalı futbolçu Lionel Messinin İspaniyanın "Barselona" klubu ilə ilk müqaviləsi hərraca çıxarılacaq.
Bu barədə Redaktor.az "TASS"a istinadən xəbər verir.
Hərrac martın 18-dən 27-dək keçiriləcək. Tələb olunan qiymət 350 min avro ilə 585 min avro arasında dəyişir.Messi Barselona ilə ilk müqaviləsini 2000-ci il dekabrın 14-də 13 yaşında ikən imzalayıb.
Yusif EYVAZLI