"Sabah"ı Premyer Liqanın növbəti matçına çıxaracaq mütəxəssis müəyyənləşdi

 23:19 01.02.2024     334

"Sabah" komandasını Azərbaycan Premyer Liqasının XXI turunda "Turun Tovuz"la matça çıxaracaq mütəxəssisin adına aydınlıq gəlib.

Bu barədə Redaktor.az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Komanda növbəti oyuna klubun idman direktoru İqor Ponomaryovun rəhbərrliyi altında çıxacaq.

Fevralım 3-də gerçəkləşəcək "Sabah" - "Turan Tovuz" görüşü saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Sabah" bu gün rusiyalı baş məşqçi Murad Musayevlə yollarını ayırıb.