Messinin komandası darmadağın oldu
Səudiyyə Ərəbistanında yerli “Əl-Nəsr”lə ABŞ-nin “İnter Mayami” klubu arasında gerçəkləşən yoldaşlıq görüşü qonaqların darmadağını ilə bitib.
Redaktor.az xəbər verir ki, ərəb komandası rəqibinin qapısından 6 cavabsız qol keçirib - 6:0.
Taliska het-trikə (10, 51-p., 76) imza atıb. Onunla yanaşı, Otavio (3), Laporte (12) və Marran (68) da fərqləniblər.
Qeyd edək ki, zədə səbəbindən “Əl-Nəsr”in ulduz futbolçusu Kriştianu Ronaldu bu görüşdə iştirak etməyib. “İnter Mayami”də isə Lionel Messi yalnız 83-cü dəqiqədə meydana çıxıb.