"Monako" braziliyalı futbolçu ilə bağlı qərar verdi
"Monako" müdafiəçi Vandersonla müqaviləni uzadıb.
Redaktor.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə 2027/28 mövsümünün sonuna qədər yeni müqavilə imzalanıb.
Qeyd edək ki, braziliyalı oyunçu 2022-ci ilin yanvarında "Qremio"dan 11 milyon avroya "Monako"ya transfer olunub. O, klubun heyətində 76 oyuna çıxıb, 5 qol vurub və 9 qolun ötürməsini verib.