"Qarabağ" "Braqa" ilə oyuna bu futbolçularla çıxacaq - SİYAHI

 14:12 03.02.2024     705

“Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə keçirəcəyi oyunlar üçün iştirak ərizəsini açıqlayıb.

Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov 24 futbolçunun adını sifariş edib.

Qış fasiləsində transfer edilən Aleksey İsayev də heyətə salınıb.

Qapıçılar: 23. Luka Quqeşaşvili, 99. Andrey Lunyov, 89. Amin Ramazanov.

Müdafiəçilər: 44. Elvin Cəfərquliyev, 2. Mateus Silva, 83. Nihad Quliyev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç.

Yarımmüdafiəçilər: 27. Toral Bayramov, 7. Yassin Benzia, 65. Patrik Andrade, 24. Aleksey İsayev, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 6. Julio Romao, 19. Redon Cica, 10. Abdullah Zubir.

Hücumçular: 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 90. Nəriman Axundzadə.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.