Azarkeşlər dava etdi, Portuqaliya liqasının oyunu təxirə salındı
Portuqaliya çempionatının 20-ci turunda dünən keçirilməli olan "Famalikan" - "Sportinq" oyunu təxirə salınıb.
Redaktor.az xəbər verir ki, buna səbəb matçdan öncə iki komanda azarkeşləri arasında baş verən dava olub.
Hadisə nəticəsində 2-si ağır olmaqla, 6 nəfər yaralı xəstəxanaya aparılıb. Stadionda kifayət qədər polis əməkdaşı da olmayıb. Görüş əvvəlcə 1 saat sonraya təyin edilsə də, daha sonra təxirə salınıb. Matçın nə vaxt keçiriləcəyi açıqlanmayıb.
"Sportinq" 49 xalla turnir cədvəlində birinci, "Famalikan" isə 22 xalla 9-cu pillədə qərarlaşıb.