Üç aydan sonra geri döndü

 21:55 05.02.2024     269

“Barselona”nın futbolçusu Mark-Andre ter Ştegen zədəsini sağaldıb.

Redaktor.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. Alman qolkiper komanda ilə məşqlərə qatılıb.

O, üç aylıq fasilədən sonra komandasının növbəti matçında – “Qranada” ilə oyunda meydana çıxa biləcək.

Ter Ştegen belindəki ağrılar səbəbindən ötən ilin noyabr ayının 12-dən bəri oynamırdı. O, dekabrda əməliyyat olunub.