Daha bir taekvondoçumuz BƏƏ-də medal qazandı

 19:40 07.02.2024     271

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Fujeyra açıq çempionatında Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb.

Federasiyadan Redaktor.az-a verilən məlumata görə, Ülvü Məmmədov uşaqların yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

36 kq-da mübarizə aparan idmançı yarımfinala qədər Özbəkistan, Qazaxıstan və BƏƏ taekvondoçusuna 2:0 hesabı ilə qalib gəlib. Lakin o, yarımfinada misirli rəqibinə məğlub olaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, Azərbaycan BƏƏ-də böyüklərin yarışında 1 gümüş və 3 bürünc medal qazanıb.