“Qalatasaray”dan yeni transfer
“Qalatasaray” Saşa Boenin gedişindən sonra müdafiənin sol cinahında yaranan boşluğu doldurub.
Redaktor.az xəbər verir ki, Türkiyə klubu “Hannover”li Derrik Könü heyətinə qatıb.
25 yaşlı futbolçu tibbi müayinədən keçmək və “Cim-Bom”la rəsmi müqavilə imzalamaq üçün artıq İstanbuldadır. Bu transfer Almaniya klubuna təxminən 3 milyon avro qazandıracaq.
Qeyd edək ki, Derrik Kön “Bavariya”nın yetirməsidir.