Ermənistanın basketbol komandaları Azərbaycanla qarşılaşacaq

 13:55 08.02.2024     251

Ermənistanın gənclərdən ibarət basketbol komandaları 2024-cü il Avropa çempionatında Azərbaycanla qarşılaşacaq.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan basketbol komandalarının 2024-cü il Avropa çempionatındakı rəqibləri məlum olub.

Püşkatma Almaniyanın Freising şəhərində baş tutub.

U-16 qadınlardan ibarət yığma C divizionunun A yarımqrupunda yer alıb və burada Gürcüstan, Azərbaycan və Kiprlə qarşılaşacaq. Qarşılaşmalar iyulun 9-14-də Cəbəllütariqdə keçiriləcək.

U-18 qadınlardan ibarət yığma C divizionunun B yarımqrupunda yer alır. Orada erməni qızlar Albaniya, Gürcüstan və Azərbaycanla oynamalı olacaqlar. Oyunlar iyulun 23-28-də Priştinada keçiriləcək.

Turan İSMAYIL